`Ermənistan kənarda qalmaqda davam edəcək` - Ərdoğan


00:06     04 Dekabr 2017 1451681005_erdogan7.jpg

"Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək".


Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Ağrıdakı təşkilatının konfransında deyib.

O bildirib ki, Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqla Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək.

`Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirə` - deyə Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 885